!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atmosferə atılan zərərli maddələrin həcmi azaldı

!Reklam – Yazi

Ötən il atmosferə atılan stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi azalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2023-cü illə müqayisədə 2,2 min ton azalaraq ümumilikdə 963 min ton təşkil etib:

“Onun da 88 faizi və ya 847,2­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 3,2 faiz artmış, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 19,8 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 14,4 min ton, Sumqayıt şəhərində 0,3 min ton, Mingəçevir şəhərində isə 0,2 min ton azalıb”.

Məlumatda qeyd olunub ki, ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 74,4 faizi təmizləyici qurğular vasitəsilə zərərsizləşdirilib:

“Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 11,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 62,1 faizini karbon oksidi, 19,8 faizini karbohidrogenlər, 14,2 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib”.

www.yenicag.az

68
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv