“Boşanmada dünya lideriyik!” — Ailələrimizi məhv edən GİZLİ SƏBƏB

media-hightechnic-468x90

“Əgər ortada mənəvi dəyərlər üzərində ailə qurulubsa, o dağıla bilməz”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

Sosioloq son vaxtlar artan boşanmaların səbəbləri, boşanmaların qarşısını almağın mümkün variantları haqqında öz fikirlərini bildirib:

“Boşanmaların əsas səbəbi, konkret olaraq, mənəvi deqradasiyadır. Bu səbəb 90 faizdən də xeyli yuxarı bir rəqəmi təşkil edir. Maddi problemlər, sosial problemlər bunların demək olar ki, rolu yoxdur ya da çox cüzidir. Çünki dəfələrlə demişəm, uzun illərdir qeyd eləyirəm, maddi-sosial problemlərin rolu olsaydı, xalqımızın ən ağır yoxsul vəziyyətlərində boşanmalar minimumda olmazdı, maksimumda olardı. Elə dünya ölkələrinə baxanda da görürük ki, bütün zəngin ölkələr maddi cəhətdən boşanmalarda liderdir, ilk 20-likdə hamısı zəngin ölkələrdir. Amma yoxsul ölkələrin hamısı minimumdadır boşanmalar. Konkret olaraq bu faktlar göstərir ki, yalnız mənəvi deqradasiyadır boşanmanın səbəbi, başqa heç bir amil ola bilməz. Əgər ortada mənəvi dəyərlər üzərində ailə qurulubsa, o dağıla bilməz, mümkün deyil belə bir şey. Belə bir fakt yoxdur dünyada ümumiyyətlə. O elə dağılır ki, maddi səbəblər üzərində qurulur, eqo üzərində qurulur. Burda fədakarlıq yoxdur, burdan-çıxan şəxsi maraqlar, arzular, istəklər, özünün yaşayışı, özünün düşüncəsi ilə yanaşır məsələyə. Ailə isə fədakarlıq tələb eləyir, sevgi tələb eləyir, mənəviyyat tələb eləyir. Və olan yerdə boşanma ola bilməz. Bax son dövrlərdə sırf bu məqamı arxa plana atdığımıza görə boşanmalarda dünya lideriyik.”

Sosioloq qeyd edib ki, boşanmalar əsasən mənəvi problemlər ucbatından baş verir, az hallarda isə fərqli səbəblərdən:

“Konkret olaraq bütün ailələr demək olar ki, maddi səbəb, meyarlar üzərində qurulur. Mənəvi dəyərlər tamamilə arxa plana atılıb. Qarşı tərəfin gözəlliyi, fiqurası, ictimai statusu, onun pulu, evi, vəzifəsi, nə bilim nəyi, imkanları bunlar nəzərə alınır. Yalnız bunlar. Maddi, maddi, maddi, yalnız bunlar. Mənəvi səbəbə görə çox az evlənirlər. Ona görə də maddi səbəblər üzərində qurulan ailə dağılmağa məhkumdur, bunun xilas yolu yoxdur, mümkün deyil praktiki. Əgər maddi səbəblər üzərində qurulursa, sadəcə vaxt məsələsi var. Bir ilə boşana bilər, beş ilə, on ilə, sadəcə zaman məsələsidir. Nə vaxt ki insanlarımız, cəmiyyətimiz bunu başa düşəcək, bu problem həll olunacaq. Nə vaxta kimi başa düşməyəcək, dünya dağılsa belə, hamı milyoner olsa belə bu problem düzəlməyəcək. Yeri gəlmişkən, elə boşanmaların çoxunu araşdıranda görürsünüz ki, maddi səbəb yoxdur. Yəni maddi çətinliklər yoxdur. O ailənin evi də var, yaxşı işi də var, gəliri də var, hər cür imkanı da var, amma boşanır. Niyə? Deməli maddi səbəbin rolu yoxdur. Mənəvi səbəb, eqo, özünü başqasından üstün tutmaq, yalnız öz həyatı, öz əyləncəsi, özünün kefi üçün yaşamaq, fədakarlıq etməmək, bir-birinə sevgi ilə, anlayışla yanaşmamaq. Bax bu məsələlər konkretdir, bunun müzakirəsinə belə ehtiyac yoxdur. Dayanmadan danışıram müzakirə, burada məsələ cəmi bir cümlədən ibarətdir, cəmi bir cümlədən. Mənəvi deqradasiya vəssalam. Mənəvi deqradasiya, yeganə səbəb budur. Digər səbəblərin rolu o qədər kiçikdir ki, o qədər danışmağa belə dəyməz. Tək-tük hallarda ola bilər ki, nəsə bir sosial vəziyyətdən, maddi problemdən boşanmalar ola bilər. Bu konkretdir, bunu başa düşmək lazımdır. Artıq cəmiyyət bir dəfəlik başa düşməlidir ki, bu belədir. Ya belə olacaqsan, ya belə olacaqsan. Əgər mənəviyyat, mənəvi dəyərləri qoruyursansa, mənəvi dəyərlər üzərində yanaşırsansa, hər şey yaxşı olacaq. Maddi səbəblər üzərində yaşayanda problem olur. Bu belədir, bütün sahələrdə belədir, o cümlədən ailədə də belədir. Bu baxımdan digər məsələlərə danışmağa dəyməz. Söhbət tək evlilik zamanından getmir. Evlənməzdən əvvəl də ailə həyatı qurmazdan əvvəl də bu məqamlar nəzərə alınmalıdır. Yəni qarşı tərəfin mənəvi keyfiyyətlərinə görə seçilirsə, o ailə dağılmayacaq. Evlənəndən sonra da eyni qaydada mənəvi dəyərlər üzərində ailə yaşayırsa, bu ailə dağıla bilməz. Çətinlik də olar, kasıblıq da olar, problemlər də ola bilər, bu bütün dünyada var və olub, həmişə də olacaq. Nə qədər ki insan cəmiyyəti var, belə olacaq. Heç vaxt hamı milyoner kimi yaşamır, dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Heç vaxt olmayıb. Nə qədər ki insanlarımız bunu başa düşməyəcək, belə faciəvi vəziyyətə gedəcəyik. Nə vaxt başa düşsələr, problem həll olunacaq, məsələ konkretdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05