Tramp: "ABŞ yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatları dayandırmayacaq"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə görüşü zamanı deyib ki, ABŞ-nin İrana vurduğu zərərin miqyası yalnız Tehran tərəfindən tam qiymətləndirilə bilər.

“İranlılardan başqa heç kim bilmir ki, biz onlara hansı zərəri vurmuşuq. Biz onlara elə bir zərər vurmuşuq ki, onlar yalnız 20-25 ildən sonra özlərinə gələ biləcəklər. Əgər biz sabah getsəydik, böyük uğur qazanmış olardıq. Amma biz sabah getmirik”, – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalasa da, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05