!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATU-nin tələbələri “Nar”da təcrübə proqramını müvəffəqiyyətlə bitirdilər

!Reklam – Yazi

unnamed (9)Azərbaycan Texniki Universitetinin 25 tələbəsi “Nar”da biraylıq təcrübə proqramından faydalanaraq, öz ixtisas biliklərini əyani və praktiki surətdə tətbiq etmək şansı əldə etdilər.

“Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirildi. Tələbələr başlıca olaraq “LTE – mobil rabitənin yeni nəsli”, “IMS və NGN texnologiyası”, “İnternetə naqilsiz daxilolma texnologiyaları”, “Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və “Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” kimi mövzuları mənimsədilər. Bununla yanaşı, onlar 3G və 4G texniki avadanlıqlarının işləmə prinsipi, GSM sistemləri ilə də tanış oldular. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən gənclər ixtisaslı kadr kimi yetişmək üçün ilk addımlarını atdılar.

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə Nar GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. Laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”ın gənclər və təhsilə yönəlmiş KSM (Korporativ Sosial Məsuliyyət) strategiyası çərçivəsində həyata keçirilir.

“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv