!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATV Səhər komandası ilkə imza atdı - FOTOLAR

!Reklam – Yazi

Azad Azərbaycan Teleradio Kompanyasının ATV Səhər departamentinin əməkdaşları bir ilkə imza atıblar.

Yenicag.az xəbər verir ki, çəkiliş qrupunun səyyar studiyaları bu dəfə fərqli məkanda – Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətini rəhbərliyi ilə razılışdırılaraq, hərəkətdə olan sürət qatarında qurulub.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibəti ilə həyata keçirilən layihədə ATV Səhərin yaradıcı kollektivi ilə yanaşı dövlət rəsmiləri, tanınmış müğənnilər və rəqs qrupları iştirak ediblər. Qatarın bələdçiləri də elə verilişdəki rubrikaların aparıcıları olub. 2 saatlıq yayımı təşkil olunan layihə öncədən hazırlanmış ssenari üzrə həyata keçirilib. Beləki, paytaxtımıza təşrif buyuran şaxtababa nəvəsi qarqızı itirir. Və bununçün Atv Səhər komandasından kömək istəyir. Bütün əməkdaşların səfərbər olduğu 2 saatlıq axtarışlar sonuncu stansiyada öz bəhrəsini verir.

Maraqlı layihələri ilə geniş izləyici auditoriyası toplamağı bacaran ATV KANALI bu dəfə də buna nail ola bilib. Biz də öz növbəmizdə Azad Azərbaycan Televiziyasının yaradıcı kollektivinə yeni ildə bol-bol uğurlar arzulayırıq!

 

www.yenicag.az

3545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv