!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Natavan: "Bu rola görə elə reaksiyalarla üzləşdim ki..." - FOTOLAR/VİDEO

!Reklam – Yazi

“Solğun çiçəklər” serialının Pərisi bu dəfə Humay kimi tamaşaçıların qarşısına çıxıb.

ATV telekanalında yayımlanan “Qan qohumları” serialının Humayı, gənc və cazibədar aktrisa Natavan Abbaslı Yenicag.az-a açıqlama verib.

O Humay obrazı ilə oxşar cəhətlərinin olduğunu da deyib:

“Humay ərköyün, eqoist, inadkar bir xanımdır. Həyat yoldaşından diqqət, qayğı və sevgi görmədiyi üçün daim aqressivdir. Bunun da səbəbi var; bu evlilik sevgi üzərində qurulmayıb. Humayla ortaq cəhətlərimiz də var. Ətrafdakıların mənə qarşı diqqət, hörmət və qayğısı önəmlidir. Amma Humaydan fərqli olaraq, mənə dəyər verməyən, sevgisi olmayan birinin yanında heç vaxt qalmaram. Bunu qüruruma sığışdırmaram”.

Cəmi bir neçə bölümünün yayımlanmasına baxmayaraq, serial artıq sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb:

“Bəzi izləyicilər Humayı tənqid etdilər, amma onun tərəfini saxlayanlar da oldu. Özünü əzdirməməyi məsləhət gördülər. Hətta mənə yazdılar ki, o səni sevmir, niyə özünü bu qədər alçaldırsan. Biri yazmışdı ki, ay yazıq, ərinin qıraqda sevgilisi var. Onlara yazdım ki, bu, sadəcə roldur, gerçəklik deyil. Amma onları qınamıram da. Görünür obrazımın öhdəsindən uğurla gəlmişəm. (gülür)

N.Abbaslı peşəkar yaradıcı heyətlə çalışdığı üçün məmnun olduğunu da bildirib.

Qeyd edək ki, serialda əməkdar artist Zemfira Əbdülsəmədova, Natavan Abbaslı, Gövhər Şahbalova, İlahə Həsənova, Ləman İmanova, Türkay Cəfərli, Bəhram Əliheydər və başqaları rol alıb.

Dram janrda olan serialın ssenaristləri Flora Hüseynova, Gəray Həsənov, rejissor isə Sain Qəhrəmandır.

Serial həftəiçi 4 gün, axşam saat 21:00-da ATV-də nümayiş olunur.

Cəvahir

COP29

www.yenicag.az

11567
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv