!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aviabiletlər baha, quru sərhədləri bağlı: "Bu, turizmin inkişafına ciddi zərbədir" - RƏY

!Reklam – Yazi

“Azərbaycanla rəqabətdə olan ölkələrdə quru sərhədləri açılsa da, ölkəmizdə bu məhdudiyyətin hələ də qüvvədə olması əlavə itkilərə səbəb olur”.

Bu sözləri turizm sektorunun mövcud inkişaf səviyyəsini dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, quru sərhədlərinin bağlı olması turist axının qarşısını alan əsas problemlərdən biridir:

“Azərbaycanda quru sərhədlərinin açılmasının vaxtı çoxdan çatıb. Hətta gecikmə var. Çünki 2011-ci ilin “Turizm ili” elan olunmasından sonra Azərbaycan beynəxalq tədbirlərə ev sahibliyi edir. Burada məqsəd ölkənin tanıdılması vasitəsilə qeyri-neft sektorunun prioritet sahələrindən biri olan turizmin inkişafına nail olmaqdır. Təəssüf ki, pandemiya dövrü turizm sektoruna ciddi şəkildə mənfi təsir göstərdi. 2019-ci ildə 3.2 milyon manatlıq gəlirə nail olsaq da, 2020-ci ildə ciddi şəkildə geriləmə baş verdi. Hazırda turizm sahəsi üzrə Azərbaycanla rəqabətdə olan ölkələrdə quru sərhədləri açılsa da, ölkəmizdə bu məhdudiyyətin hələ də qüvvədə olması əlavə itkilərə səbəb olur. Bu, turizm sahəsinin inkişafına ən ciddi zərbədir. Quru sərhədlərinin bağlı olması ölkəyə gəlmək istəyən turistlərin sayını əhəmiyyətli dərəcədə aşağı salır.

Bu gün Azərbaycanda aviabiletlərin qiyməti olduqca bahadır. Ona görə də turizm mövsümünün başlamasına baxmayaraq, hava yollarından istifadə elə də sərfəli deyil. Ona görə də bu il turizm sektorunda gözlənilən inkişafa nail olmaq mümkün olmayacaq. Quru sərhədlərinin bağlanması ölkə vətəndaşlarının da xarici ölkələrə gediş-gəlişi üçün problemlər yaradır və əlavə xərclərə səbəb olur”.

Gülşən Şərif

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv