AVP Qadınlar Şurasının İdarə Heyəti toplandı
Sentyabrın 13-də Ana Vətən Partiyası Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda təşkilati məsələ, 2014-cü ilin IV rübünün iş planının qəbul olunması və bələdiyyə seçkilərində Ana Vətən Partiyasının qadın üzvlərinin iştirakı məsələləri müzakirə olunub.
Təşkilatı məsələyə baxan iclas iştirakçıları Cəbrayıl rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Xəlilovanın İdarə Heyətindəki üzvlüyünə xitam vermiş, Binəqədi rayon Qadınlar Şurasının sədri Mətanət Mövsümovanı isə İdarə Heyətinə üzv qəbul edib.
Gündəlikdə duran ikinci məsələnin ətrafında geniş müzakirə aparan İdarə Heyəti IV rübdə görüləcək işləri bir daha nəzərdən keçirmiş və iş planını təsdiq edib.
Geniş diskusiya şəraitində keçən sonuncu məsələ ilə bağlı qərar qəbul olunub ki, partiyanın üzvü olan qadınların bələdiyyə seşkilərində fəal iştirakı təşviq edilsin. (avropainfo.az)