“Avrasiya İttifaqı SSRİ ola bilməz”

media-hightechnic-468x90

iokSSRİ-nin birinci və sonuncu prezidenti, keçmiş postsovet məkanında qanlı hadisələrin ssenari müəllifi Mixail Qarbaçov Avrasiya İqtisadi Birliyinin perspektivini şərh edib. Sabiq rəhbər bildirib ki, Avrasiya İqtisadi Birliyinin müsbət perspektivləri olsa da, o, SSRİ modelini təkrarlaya bilməz.

“Avrasiya İttifaqında müəyyən perspektivlər var. Amma o, SSRİ ola bilməz. SSRİ və Avrasiya İttifaqı başqa-başqa şeylərdir, onlar müxtəlif əsaslar və prinsiplər üzərində qurulub. Hazırda ilk növbədə iqtisadi məsələləri həll etmək lazımdır. Bu birliyi idarə edə biləcək institutlar olmalıdır”,-deyə M. Qarbaçov qeyd edib.

M. Qarbaçov Ukraynada oliqarx Pyotr Poroşenkonun prezident seçilməsinin Rusiyaya ilə münasibətlərə necə təsir göstərəcəyindən də söz açıb. Onun sözlərinə görə P. Poroşenko Rusiya ilə münasibətlər qaydaya sala biləcək.

Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belorusiya prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı sənəd imzalayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600