C qrupunun ikinci görüşü də birinci kimi bol qollu keçib.
Bütün qollar ikinci hissədə vurulub. Beş qolun vurulduğu görüşdə Niderland Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Bu, AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır.
****
Niderland millisi yenidən hesabda önə çıxıb. PSV-nin sağ cinah müdafiəçisi Denzel Dumfrays 85-ci dəqiqədə cərimə zərbəsindən sonra başla fərqlənib. Niderland Ukraynaya 3:2 qalib gəlir.
***
79-cu dəqiqədə isə Roman Yaremçuk hesabı 2:2 edib.
Ukrayna millisinin kapitanı da həmkarına cavab verib. İngiltərənin “Vest Hem” klubunda çıxış edən Andrey Yarmolenko 75-ci dəqiqədə AVRO-2020-nin ən gözəl qoluna imza atıb.
***
Meydan sahibləri Almaniyanın “Volfsburq” komandasının hücumçusu Vaut Vexhorstla hesabı 2:0 edib. Qol 59-cu dəqiqədə vurulub.
***
Niderland millisi 52-ci dəqiqədə hesabda önə keçdi. Bu ay PSJ ilə üç illik müqavilə bağlamış komandanın kapitanı Concinio Veynaldum fərqlənib.
****
Niderland – Ukrayna görüşündə ikinci hissə gedir. Tərəflər hələ qapılara yol tapa bilməyib.
***
C qrupunun ikinci görüşündə Niderland millisi Ukrayna ilə öz meydanında qarşılaşır. Oyun artıq başlayıb və hesab açılmayıb.
***
Bu gün AVRO-2020-nin C qrupunun ikinci görüşü keçiriləcək.
Yenicag.az xəbər verir ki, Amsterdamda Yohan Kroyf adına arenada Niderland Ukrayna millisini qəbul edir.
Görüşə komandalar bu taktiki düzülüş və bu start heyətlə çıxacaq:
Niderland (5-3-2): Stekelenburq, Dumfris, Yurien Timber, de Vrey, Blind, van Aanholt, de Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay
Ukrayna (4-1-4-1): Buşçan, Nikolenko, Matviyenko, Zabarnı, Karavayev, Zinçenko, Zubkov, Malinovski, Sidorçuk, Yarmolenko (kapitan), Yaremçuk
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
www.yenicag.az