!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avro ləğv olunur?

!Reklam – Yazi

Yaxın 1,5 il ərzində avro pul vahidi kimi yox ola bilər.

“Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ-ın Avropa İttifaqında (Aİ) təyin edilməsi gözlənilən yeni səfiri, professor Ted Mallok (Ted Malloch) çıxış edib.

Səfir bildirib ki, B.Britaniya ABŞ-la yaxın 3 ay ərzində hər iki ölkəni “məmnun edəcək” ticarət anlaşması imzalaya bilər. T.Mallok Britaniya üçün sərt “Brexit” qərarının daha əlverişli olacağını bildirib. O, anlaşmanın ilkin variantının bu cümə günü, yanvarın 27-də Donald Tramp və Britaniyanın baş naziri Tereza Mey arasında imzalana biləcəyini qeyd edib.

Mallok bu il Niderland, Fransa və Almaniyada keçiriləcək seçkilərin nəticələrinin Aİ-yə ciddi zərər verəcəyini deyib: “Şəxsən mən əmin deyiləm ki, Aİ mövcudluğunu davam etdirəcək. Buna görə də Aİ ilə ticarət danışıqlarına ehtiyac yoxdur”.

 

Yenicag.az

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv