AvroLiqada 1/8 finalçılar müəyyənləşdi-Video

media-hightechnic-468x90

bbttttkkiÖtən gecə Avropa Liqasında 1/16 finalın cavab oyunları keçirilib. Azərbaycanlı azarkeşlərin də diqqətlə izlədiyi Türkiyə “Beşiktaş”ı evdə “Liverpul”la oynayıb. Türk klubu səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Bu görüşdə də oyun 1:0 hesabı ilə başa çatıb. Qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Beşiktaş” rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

“Trabzonspor” klubu isə İtaliyaya səfər edib. İlk görüşdə “Napoli”yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.

Avropa Liqası, 1/16 finalın cavab oyunları

“Atletik” (Bilbao, İspaniya) – “Torino” (İtaliya) – 2:3

“Brügge” (Belçika) – “Olborq” (Danimarka) – 3:0

“Everton” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 3:1

“Feyenoord” (Hollandiya) – “Roma” (İtaliya) – 1:2

“Napoli” (İtaliya) – “Trabzonspor” (Türkiyə) – 1:0

“Olimpiakos” (Yunanıstan) – “Dnepr” (Ukrayna) – 2:2

“Sportinq” (Portuqaliya) – “Volfsburq” (Almaniya) – 0:0

“Beşiktaş” (Türkiyə) – “Liverpul” (İngiltərə) – 1:0 (Penaltilər seriyası – 5:4)

“Dinamo” (Kiyev, Ukrayna) – “Genqam” (Fransa) – 3:1

“Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə) – 2:0

“İnter” (İtaliya) – “Seltik” (Şotlandiya) – 1:0

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Sevilya” (İspaniya) – 2:3

“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) – 0:3

“Zalsburq” (Avstriya) – “Vilyareal” (İspaniya) – 1:3

“Dinamo” (Moskva, Rusiya) – “Anderlext” (Belçika) – 3:1

“Zenit” (Rusiya) – PSV (Hollandiya) – 3:0 (modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600