Bu fikri Rusiya Ukrayna müharibəsinin hazırkı vəziyyəti və Qərb ölkələrinin müxtəlif planlarını Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, Qərb Ukraynanın taleyi ilə bağlı bütün versiyaları götür-qoy edir:
“Avropa ölkələri Rusiya Ukrayna müharibəsinin həm davam etdirilməsini, həm də dayandırılmasının müxtəlif variantlarını müzakirə edirlər. Atəşkəs ola, tərəflər indiki təmas xəttində dayana, hansısa ortaq razılaşmalar və Rusiya hansısa əraziləri götürə bilər, dünya və Ukrayna da bunu tanıyar. Ukrayna 1991-ci illərdəki sərhədlərinə qayıtmağı tələb edir. Ancaq Zelenski deyir ki, Krımın qaytarılması çətindir, müşküldür. Amma müxtəlif variantlar var. O cümlədən Avropa dövlətləri görürlər ki, Putin azğınlaşıb. Ona görə də Ukraynaya göstərilən hərbi və maliyyə yardımını artırırlar. Çünki onlar düşünürlər ki, müharibə onların da ərazisinə keçə bilər”.
Səxavət Məmməd
www.yenicag.az