Avropa daha çox qaz istəyir

media-hightechnic-468x90

69660Avropa İttifaqı (Aİ) “Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar TANAP qaz kəmərinin gücünün 20 milyard kub/metrə qədər artırılmasını istəyir.
“Spiegel” jurnalı yazır ki, Aİ artıq bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə razılıq əldə edib.

media-banner_tkm

Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan,-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 milyard kub/metr, Avropaya isə 10 milyard kub/metr həcmində qaz nəql ediləcək.

Daha sonra kəmərin gücünün 31 milyard kub/metrə çatdırılması planlaşdırılır.

“Kəmərin gücünün artırılması üçün texniki imkanlar var”, – deyə Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı Miloş Şevçoviş bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları arasında kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılmasına dair razılıq əldə olunub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” layihəsinin dayandırıldığını bu il dekabrın 1-də bəyan edib. O bu qərarı Avropa İttifaqının Rusiyaya münasibətdə qeyri-konstruktiv mövqe tutması ilə əlaqələndirib, bu şərtlərlə layihənin icrasının mümkün olmadığını bildirib.

(qafqazinfo.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05