Avropa Gürcüstana təzyiq edir – Tbilisidən sərt reaksiya

media-hightechnic-468x90

“Avropa İttifaqı Gürcüstana qarşı şantaj siyasəti aparır, o cümlədən vizasız rejimi ləğv etməklə hədələyir. Səbəb isə Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan və “ikinci cəbhə” açmaqdan imtina etməsidir”.

Yenicag.az xəbər verir ki, bu barədə Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze bəyan edib.

“Bugünkü Avropa bürokratiyası artıq həqiqi Avropa dəyərlərinə xəyanət edir”, – deyə Kaladze vurğulayıb.

O əlavə edib ki, Gürcüstanın milli maraqlarına zərər vuracaq bir kompromis Brüssellə olmayacaq.

Politico nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı diplomatları Gürcüstan hakimiyyətinin etirazları boğması ilə bağlı narazılıq əlaməti olaraq vizasız rejimin ləğvini müzakirə edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600