!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa İttifaqının təmsilçisi Bakı ilə İrəvanı təmkinli davranmağa çağırmaqla yanaşı...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyev danışıqlara hər zaman hazır olduğunu, amma bu prosesin süni şəkildə uzadılmasının yolverilməzliyini dəfələrlə bəyan edib”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyva Klaarın Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşündən sonra yazdığı qeydlərdə Bakı ilə İrəvanı “təmkinli davranmağa” çağırmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının təmsilçisi tərəfləri təmkinki davranmağa çağırmaqla yanaşı, İrəvanın öz öhdəliklərinin icrasından yayınmaqdan çəkinməli olduğunu da bəyan etməlidir:

“Azərbaycanla Ermənistan arasında rəsmi İrəvanın absurd iddiaları səbəbindən hazırda qeyri-müəyyən vəziyyətə düşən nizamlama parosesinin indiki mərhələsində Avropa İttifaqının öz fəallığını artırmaq cəhdi başa düşüləndir. Çünki bildiyiniz kimi, “Brüssel prosesi” adlandırılan proses çərçivəsində danışıqlar məhz Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutur.

Amma Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə dekabrın 7-nə nəzərdə tutulan növbəti görüşü ərəfəsində Paşinyanın danışıqlarda Fransa Prezidentinin iştirakını istəməsi, Bakının isə bu təklifi rədd etməsindən sonra həmin görüşün baş tutması sual altına düşüb. Yəni Azərbaycan Prezidenti danışıqların o formatda keçirilməsini qəbul etməyib.

Belə bir şəraitdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri, dövlət başçısı ilə müzakirələr aparması və əsas mövzulardan birinin nizamlama prosesinin gələcəyi ilə bağlı olması təbiidir. Təbii ki, Azərbaycan Prezidenti danışıqlara hər zaman hazır olduğunu, amma bu prosesin süni şəkildə uzadılmasının yolverilməzliyini dəfələrlə bəyan edib. Hər halda bu mövqe Klaarın diqqətinə bir daha çatdırılıb.

Ona görə də Avropa İttifaqının təmsilçisi tərəfləri təmkinli davranmağa çağırmaqla yanaşı, İrəvanın öz öhdəliklərinin icrasından yayınmaq, danışıqlar prosesini uzatmaq üçün əsassız bəhanələrdən çəkinməli olduğunu da bəyan etməlidir. Burada Qərbin uzun müddət əsaslandığı ikili standartla nəyəsə nail olmaq mümkün deyil. Danışıqlar prosesinin pozulması isə artıq müharibə variantının yenidən aktuallaşması deməkdir”.

A.Zeynalov

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv