Avropa liderlərinin “kokain qalmaqalı” – Kiyevdə NƏ BAŞ VERDİ?

media-hightechnic-468x90

 

“Avropa liderlərinin Kiyevə səfəri zamanı qeydə alınan görüntü və iddia edildiyi kimi, onların kokain çəkməsinin ehtimal edilməsi həmin liderlərin hərəkətlərindən də şübhə yaratdı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Almaniya kansler Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun Kiyev səfəri çərçivəsində dünya mediasında rezonansa səbəb olan görüntüləri şərh edib.

Qeyd edək ki, 3 ölkə liderinin qatarda görüşməsi nəticəsində Makron və Merzin stulun üzərindəki kağızı gizlətməsi müzakirələrə səbəb olub. Qərb və Rusiya mediasının iddiasına görə, guya dünya liderləri qatarda kokain istifadə ediblər.

Prosesləri şərh edən analitik əmindir ki, Makronun və ya digərlərinin kokain çəkməsi məsələsi prinsipial əhəmiyyət kəsb etmir:

“Sadəcə burada ən əsas məsələ Avropanın taleyinin belə liderlərə etibar edilməsidir ki, bu da sözsüz təəssüf doğurur. Onlar növbəti dəfə Kiyevə səfər ediblər. Trampın Putinlə münasibətlərinə çatlar yarandığı, ona olan etibarının bitdiyi iddia edilən bir dövrdə Avropanın üç həlledici dövlət liderinin Zelenski ilə görüşə getməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Trampın Ərdoğanı danışıqlar prosesinə cəlb etməsi fonunda Zelenskinin Putinlə görüşə hazır olduğunu qəti şəkildə bildirməsi onu deməyə əsas verir ki, Zelenski özündən əmindir”.

Həmsöhbətimizin fikrincə, böyük ehtimalla, Avropa liderləri Zelenskiyə öz iddiasında qəti olmasını, Putini çıxılmaz vəziyyətə salmaq, danışıqları pozan tərəfin Ukrayna olmadığını göstərmək və Trampın gözünə girmək üçün danışıq tərəfdarı olduğunu göstərmək istəyir:

“Avropa liderləri də Trampla əlaqəli vəziyyətin necə olduğunu bilirlər. Sadəcə son addımların atıldığını da anlayırlar. Putin danışıqları pozarsa, onda Tramp yenidən Avropaya üz tutacağı mesajları verilir. Bu, ilk növbədə Putinə təzyiq metodu ola bilməklə yanaşı, müəyyən mənada doğru iddiadır. Tramp Ərdoğanı danışıqlara ev sahibliyi etməyə dəvət etməklə Türkiyənin əhəmiyyətini də göstərmiş olur. Türkiyənin müharibənin əvvəlində danışıqların ilk raundunda əldə etdiyi nəticə yenidən onun roluna ehtiyac duyulmasına səbəb olur. Türkiyənin bu danışıqlardan nəticə almaq ehtimalı azdır”.

“Bunun səbəbləri çoxdur, tərəflərin mövqeyi bir-birinə ziddir. Avropa da keçən dəfə olduğu kimi, Zelenskini dəstək barədə şirnikləndirməklə pozuculuq rolunu oynayır. Amma Zelenskinin əli əvvəlkindən daha güclüdür. Hesab edirəm ki, İstanbul danışıqları da nəticəsiz qalacaq. Rusiya zəif durumda yaxalanarkən Avropa imkan verməz ki, müharibə dayansın”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600