Avropa Paşinyan hökumətini KÜNCƏ SIXIR – İrəvan DİLEMMA QARŞISINDA

media-hightechnic-468x90

 

May ayının sonunda Moskvada Qlobal Cənub və Şərq ölkələrinin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair beynəlxalq səviyyəli görüş keçiriləcək.

Yenicag.az “Past” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirə Cənub və Şərq ölkələrinin, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzv dövlətlərinin rəsmiləri, eyni zamanda, 20-dən artıq beynəlxalq təşkilatın rəhbərləri dəvət olunub.

Məlumata görə, dəvət alanlar arasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da var. Lakin əldə edilən bilgilərə əsasən, bu dəvət Ermənistan hakimiyyət komandasında ciddi narahatlıq yaradıb.

Səbəb tədbirin formatı və mövzusu ilə bağlıdır: xüsusilə Böyük Britaniya başda olmaqla, Qərbin, eləcə də ABŞ-nin Ermənistana təzyiqləri güclənib. Qərb tərəfi İrəvanın Moskva görüşündə iştirak etməməsini israrla tələb edir. Çünki iştirakın Ermənistan üçün ağır siyasi nəticələrə səbəb ola biləcəyi qeyd olunur.

Digər tərəfdən, iştirakdan imtina da çıxış yolu hesab edilmir. Bu addım Rusiya ilə münasibətlərə əlavə gərginlik gətirə bilər. Üstəlik, Moskva artıq açıq və qapalı kanallarda İrəvana qarşı ritorikasını sərtləşdirib. Nəticədə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət, xüsusilə Armen Qriqoryan, ciddi və çətin seçim qarşısında qalıb. İrəvan üçün bu dəfə balanslaşdırma siyasəti daha çətin görünür.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600