Kats: "İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır"

media-hightechnic-468x90

İsrail Müdafiə Ordusu yüksək hazırlıq vəziyyətindədir və İranda hərbi əməliyyatı bərpa etməyə hazırdır.

media-banner_tuq

Yenicag.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bu gün Hatserim aviabazasında pilotların buraxılış mərasimində bildirib.

Onun sözlərinə görə, hərbçilər hava üstünlüyünü bərpa etməyə və təhdidləri aradan qaldırmaq üçün müstəqil İsrail adından İrana, lazım gələrsə, üçüncü dəfə də zərbələr endirməyə hazırdırlar.

“Əgər qayıtmağımız lazım gələrsə, daha böyük güclə qayıdacağıq”, – Kats deyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri – Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə “kütləvi güclü zərbələr” endirildiyini bəyan edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05