“Avropa və dünyanın təhlükəsizliyi naminə Rusiya imperializmi durdurulmalıdır” – Polşa Prezidenti

media-hightechnic-468x90

“Bu savaşda Ukrayna məğlub edilərsə, Rusiyanın növbəti hədəfi mütləq Polşa olacaq”.

media-banner_tuq

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin gedişini dəyərləndirən Polşa Prezidenti Ancey Duda İtaliyanın RAI telekanalına müsahibəsində deyib.

Polşa Prezidentinin sözlərinə görə, beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Rusiya Ukrayna ərazilərindən tamamilə çıxarılmalıdır:

“Dəqiq və aydın şəkildə bildiririk ki, Avropa və dünyanın təhlükəsizliyi naminə Rusiya imperializmi durdurulmalıdır.

Bunun üçün ilk növbədə Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədlərindən çıxarılması tələb olunur.

Biz Polşa hakimiyyəti olaraq, bu proseslərə soyuqqanlı və rasional yanaşırıq. Çünki Bu savaşda Ukrayna məğlub edilərsə, Rusiyanın növbəti hədəfi mütləq Polşa olacaq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05