!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropada seçmə mərhələ həyəcanına son!

!Reklam – Yazi

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə A, B və H qruplarında sonuncu oyunlar keçirilib.

A qrupunda Fransa millisi Belarusu qəbul edib. “Xoruzlar” bu oyundan 3 xalla ayrılacağı təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi. Gözlənildiyi kimi, fransızlar sürprizə imkan verməyiblər. Pley-offa vəsiqə uğrunda isə İsveç və Hollandiya üz-üzə gəlib. “Narıncılar” yalnız möcüzə sayəsində mundiala vəsiqə şansını qoruyub saxlayacaqdı. Belə ki, Dik Advokatın yetirmələri pley-offa vəsiqə qazanmaq üçün skandinaviyalıları ən azı 7 top fərqi ilə məğlub etməliydi. Lakin onların gücü 2 qola çatıb və möcüzə baş verməyib.

B qrupunda əsas diqqət Portuqaliya – İsveçrə matçına yönəlmişdi. Bu oyunda qalib gələn tərəf mundiala vəsiqəni təmin edəcəkdi. Heç-heçə isveçrəlilərin işinə yarayacaqdı. Məğlub olan tərəf isə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində gücünü sınayacaqdı. Portuqallar bu görüşdə inamlı qələbə qazanmaqla böyük şansı əldən verməyiblər.

H qrupunda hər şeyə son tura qədər böyük ölçüdə aydınlıq gəlmişdi. Belçika artıq mundiala vəsiqəni təmin eymişdi. Pley-offa yollanacaq komandanın adına isə son turda aydınlıq gəlib. Yunanıstan millisi evdə Cəbəllütariqi məğlub edəcəyi təqdirdə, seçmə mərhələni 2-ci pillədə başa vuracaqdı. Bosniya və Herseqovina da bu yerə iddiasını davam etdirirdi. Lakin balkanlılar yalnız möcüzə sayəsində bu istəyinə çata bilərdi. Belə ki, Edin Dzeko və yoldaşları pley-offa vəsiqə qazanmaq üçün səfərdə Estoniyanı məğlub etməklə yanaşı, Yunanıstanın evdə aşkar autsayder Cəbəllütariqlə matçda büdrəməsini arzulamalıydı. Bosniyalılar qələbə qazanmağı bacarsalar da, yunanlar sürprizə imkan verməyiblər.

DÇ-2018-in seçmə mərhələsi
10 oktyabr

A qrupu

Fransa – Belarus 2:1
Qol: Qrizmann, 27. Jiru, 33 – Saroka, 44.

Hollandiya – İsveç 2:0
Qol: Robben, 16-pen; 40.

Lüksemburq – Bolqarıstan 1:1
Qol: Till, 3 – Çoçev, 68.

Fransa – 23, İsveç – 19, Hollandiya – 19, Bolqarıstan – 13, Lüksemburq – 6, Belarus – 5.

B qrupu

Macarıstan – Farer adaları 1:0
Qol: Bode, 81.

Latviya – Andorra 4:0
Qol: İkaunieks, 11; 63. Sabala, 19; 59.

Portuqaliya – İsveçrə 2:0
Qol: Djuru, 41. A.Silva, 57.

Portuqaliya – 27, İsveçrə – 27, Macarıstan – 13, Farer adaları – 9, Latviya – 7, Andorra – 4.

H qrupu

Belçika – Kipr 4:0
Qol: E.Azar, 12; 63. T.Azar, 52. Lukaku, 78.

Estoniya – Bosniya və Herseqovina 1:2
Qol: Antonov, 75 – Hayroviç, 48; 84.

Yunanıstan – Cəbəllütariq 4:0
Qol: Torosidis, 32. Mitroğlu, 61; 63. Canniotas, 78.

Belçika – 28, Yunanıstan – 19, Bosniya və Herseqovina – 17, Estoniya – 11, Kipr – 10, Cəbəllütariq – 0.

www.yenicag.az

1830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv