Avropada yeni türk dövləti yaranır

media-hightechnic-468x90

uijMoldova Avropa Birliyi ilə assosiativ müqavilə imzalayacağı təqdirdə Qaqauz muxtariyyəti öz müstəqilliyini elan edəcək.

Bu barədə Qaqauz parlamentinin sədri Mixail Formuzal bildirib.

Moldova parlamentinin sədri İqor Korman isə Formuzalın açıqlamasını belə dəyərləndirib: “Qaqauzun xüsusi statusu haqqında qanun 1994-cü ildə qəbul olunub. Razılaşmaya əsasən Qaqauz Moldovanın suverenliyini itirəcəyi təqdirdə öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilər. Bununla bağlı deyə bilərəm ki, Avropa İttifaqı ilə assosiativ razılaşmaya imza atmaq dövlətimizin suverenliyini şübhə altına almır”.

Qeyd edək ki, bir müddət əvvəl də Formuzal türk mətbuatına açıqlamasında bildirmişdi ki, Moldovanın Avropa Birliyi ilə assosiativ razılaşmaya imza atacaöı təqdirdə muxtariyyət öz müstəqilliyini elan edəcək. O açıqlamasını bununla əsaslandırıb ki, regionun əsas ixracatı Rusiya vasitəsilə həyata keçirilir, Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanması belə bir imkanın itirilməsinə səbəb olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600