Avropanı qaranlığa qərq edən KOLLAPS – “Biz olmasaq, sizi heç də yaxşı şeylər gözləmir”
“Demək istəyirlər ki, “biz olmasaq, sizi heç də yaxşı şeylər gözləmir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Avropanın bir sıra yerlərində elektrik enerjisinin kəsilməsinin təxribat olacağı ilə bağlı ehtimallar barədə fikirlərini səsləndirib.
Ekspert bunun təxribat olmasını mümkün hesab edib:
“Bir neçə ölkədə belə halın yaşanması Avropa İttifaqına mesaj kimi də qiymətləndirilə bilər. Böyük güclərin burada əlinin olması açıq-aşkar görünür. Demək istəyirlər ki, “biz olmasaq, sizi heç də yaxşı şeylər gözləmir”.
Analitikin sözlərinə görə, baş verənlər əzələ nümayişi və ya barmaq silkələməsi kimi görünür:
“Əks halda baş verənləri yalnız bu variantda qəza kimi qələmə vermək mümkündür ki, o da kütləvi partlayış hadisəsi, yaxud elektrik enerjisini əldə etmək üçün xammalın bitməsi ilə əlaqələndirilsin. Ehtimallar arasında Rusiyadan alınan neft və qazın həcminin azalması, elektrik enerjisini ödəyəcək vəsaitin olmaması da mövcuddur. Hər halda, mümkün ehtimallar sıralamasında təxribat daha yüksəkdir. Çünki bütövlükdə ölkədə elektrik enerjisinin kəsilməsi adi hal kimi dəyərləndirilə bilməz”.
Nəsimi Ələsgərli