Avropanın enerji təminatçısına çevrilən Azərbaycan: "Rəsmi Bakı özünü etibarlı neft və qaz tədarükçüsü kimi tanıdıb"

media-hightechnic-468x90

“Orban, əslində, Rusiyanın deyil, məhz Avropa İttifaqı və Macarıstanın dostudur”.

Bunu Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycanı Avropa İttifaqı üçün dəyərli müttəfiq hesab etdiyinə dair fikirlərinə münasibət bildirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Y. Hacıyeva bildirib ki, Macarıstan rəhbərliyinin Avropa İttifaqının gələcəyi ilə bağlı fundamental baxışları Aİ-nin bəzi populist ölkə rəhbərlərinin bir çoxundan daha praqmatikdir:

“Ona görə də Aİ-nin gələcəyi üçün faydalı tərəfdaşlarla münasibətlərinin daha yaxşı olması və proseslərin gedişatında bütün iştirakçıların imkanı çərçivəsində dəyərləndirməsi siyasətinə üstünlük verirlər. O cümlədən Macarıstanın Baş nazirinin Azərbaycanla bağlı fikirləri də məhz belə praqmatik yanaşmaya  əsaslanır. Bu fikirlər Aİ və Azərbaycan əlaqələrin fonunda mövcud münasibətlərin dəyərləndirməsidir. Vurğulamaq istəyirəm ki, Azərbaycan Macarıstan ikili münasibətlərin mövcud səviyyəsi də eyni fikirləri bildirməyə əsas verir.

Diğər tərəfdən Macarıstan və şəxsən Orbanın  Aİ-də daha çox guya Rusiyanın tərəfdaşı olan ölkə kimi reputasiyası mövcud olmasına rağmən, bu fikirlər real vəziyyəti izah edir. Macarıstanın guya rusiyapərəst siyasət yürütməsi fonunda məhz Orbanın  bu fikirlərindən aydın olur ki, o, əslində, məhz Aİ-nin dostudur. Çünki Avropa İttifaqı fəal şəkildə Rusiya qazı və neftinə alternativ axtarır və Azərbaycan bu strategiyada əsas oyunçulardan biri kimi nəzərdən keçirir.

Bildiyiniz kimi, Azərbaycan xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarlarında neft və qaz tədarükçüsü kimi öz yerini təsdiqləməyə çalışır. Ümumiyyətlə, Avropanın Rusiyanın enerji resurslarından asılılığının azaldılması kontekstində Azərbaycan özünü Avropaya etibarlı neft və qaz tədarükçüsü kimi tanıdıb. Orbanın fikirləri bu konteksdən şərh edilməlidir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa