Avropanın “futbol taxtı” üçün SON DÖYÜŞ – Çempionlar Liqasında mövsümün FİNALI

media-hightechnic-468x90

Sabah Avropanın ən nüfuzlu klub turniri UEFA Çempionlar Liqasında mövsümün qalibi müəyyənləşəcək. Fransanın “Paris Saint-Germain” və İtaliyanın “Internazionale” klubu çempionun adına aydınlıq gətirmək üçün üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da baş tutacaq

Yenicag.az ilə fikirlərini bölüşən tanınmış idman jurnalisti Mahir Rüstəmli sözügedən görüşlə bağlı Paris klubunun daha üstün olduğunu vurğulayıb:

media-65803

 

“Finalçıların hər birinin özünəməxsus üstünlükləri var. PSG daha çox güclü müdafiə sistemi və fiziki hazırlığı ilə seçilir. “Inter” isə əks-hücumlarda kifayət qədər təhlükə yaradan kollektivdir. Bu, onların bu mərhələyə qədər irəliləməsində başlıca rol oynayan əsas amildir”.

M. Rüstəmli həmçinin oyunun penaltilər seriyasına qədər uzanma ehtimalının yüksək olduğunu da qeyd edib:

“Hər iki klubun qapıçısının möhtəşəm oyununu vurğulamasaq, olmaz. İki finalçının Yan Sommer və Canluici Donnarumma kimi qapıçılara malik olduğunu nəzərə alsaq, mənə görə oyunun penaltilər seriyası ilə nəticələnməsi məni təəccübləndirməz”.

Jurnalist həmçinin, PSG-nin gənc və dinamik heyətinə də üstünlük verib:

“Inter” daha yaşlı oyunçulardan qurulan kollektivdir. İkinci hissədə, xüsusilə də, əgər oyun əlavə vaxta qədər uzanarsa, nəticə Paris klubunun xeyrinə ola bilər. Elə bu faktor İtaliya klubunun liqa çempionluğunu da əldən verməsinə səbəb olmuşdu. Ona görə də gənc oyunçuların dinamikası, əzmi və daha istəkli olmaları üstün amildir. Xüsusən də hücumda Bredli Barkolya, Desire Due və Osman Dembele kimi cəld və keyfiyyətli oyunçularınız varsa…”

Həmsöhbətimiz, eyni zamanda, Luis Enrike ilə Simone İnzaqi arasında olan məşqçi duelinə də toxunaraq, adıçəkilən qarşılaşmanın təkcə taktiki baxımdan deyil, həm də PSG-nin mövsümə nöqtə qoymaq baxımından ciddi motivasiya daşıdığını vurğulayıb:

“PSG bu mövsüm Çempionlar Liqasının qalibi olmağa daha çox ehtiyac duyur. Luis Enrike Kilian Mbappesiz komandanı finala çıxarmaqla necə keyfiyyətə malik olduğunu artıq göstərib. Mövsümün məntiqi sonluğu olaraq məhz Fransa təmsilçisinin Avropanın ən nüfuzlu turnirini qalib gələrək yekunlaşdıracağını gözləyirəm”.

Göycə Göycəyev

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600