Avroparlament Ukraynaya 5 milyard avro maliyyə yardımı ayrılmasını dəstəklədi

media-hightechnic-468x90

Avropa İttifaqı Parlamenti Ukraynaya 5 milyard avro maliyyə yardımın ayrılmasını dəstəkləyib.

Yenicag.az xəbər verir ki, məlumatı Avropa İttifaqının (Aİ) saytı yayıb.

Bu məsələyə sentyabrın 15-də Strasburqda parlamentin plenar toplantısında sürətli prosedur üzrə baxılıb. Yardımın ayrılmasının lehinə 534, əleyhinə 30 deputat səs verib. 26 deputat isə bitərəf qalıb.

Bir müddət əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya 9 milyard avro həcmində makromaliyyə paketinin ayrılması təşəbbüsü ilə çıxış etmişdi. Bu məbləğdən bir milyard avro artıq verilib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa