Avstraliyada yeni hökumət quruldu
3 may 2025-ci ildə keçirilən ümumi seçkilərdən sonra formalaşan yeni Avstraliya Hökuməti mayın 13-də and içəcək.
Yenicag.az xəbər verir ki , bu barədə ölkənin baş naziri Entoni Albanese jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
Onun lideri olduğu Avstraliya İşçi Partiyası ölkənin federal Nümayəndələr Palatasında 92 yer qazanıb. Bu, onlara öz fraksiyasının üzvlərindən hökumət qurmağa imkan verir.
Baş nazir vurğulayıb ki, “Parlamentdəki ən böyük Leyboristlər fraksiyası öz partiyasına ölkəni yaxşılığa doğru dəyişmək üçün müstəsna imkan verir”.
Albanese bildirib ki, “əvvəlki kabinetdən olan əsas nazirlər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər”. Onlara xəzinədar Cim Çalmers, maliyyə naziri Katy Gallagher, xarici işlər naziri Penni Vonq, müdafiə naziri və baş nazirin müavini Riçard Marles daxildir.
Keçmiş rabitə naziri Mişel Rouland Avstraliyanın Baş prokuroru, Murray Vatt isə Ətraf Mühit və Su Ehtiyatları Naziri vəzifəsinə təyin edilib.