Avstriyadan İŞİD-ə qəribə qadağa
Avstriya neonasist simvolları ilə mübarizə qanununun tələbi kimi qadağan olunmuş avtomobil nömrələrinin siyahısını genişləndirib.
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Avstriya bənzər qadağa daha əvvəllər də vardı. Məsələn, Hitleryugend və nasional-sosializm sözlərinin baş hərflərini birləşdirən HJ, HS kombinasiyalarını avtomobil nömrələrində işlətmək qadağandır. Ölkənin Nəqliyyat naziri qadağa altına düşən 30-da çox rəqəm və hərf kombinasiyasının siyahısını açıqlayıb. Bunlara nasistlərin simvolu sayılan 88 və 18 rəqəmləri də daxildir.
Qanuna edilən yeni dəyişikliklərə görə, İŞİD neonasistlərə bərabər tutulur. Məhz bu səbəbdən şəxsi avtomobillərdə İS və İSİS yazılı nömrələri daha işlətmək olmayacaq.