Avtobus piyadanı vurdu-Video

media-hightechnic-468x90

72121Bakıda sərnişin avtobusu piyadanı vurub.

Yüksək sürətlə hərəkət edən sərnişin avtobusunun yolu keçən qadın piyadanı vurması əks olunub. Həm də, avtobusun yüksək sürətlə hərəkət etdiyi də görünür. Yolun əks tərəfində dayanan maşınların işığında yolda piyadanın olduğu tam aydın görünür. Avtobus sürücüsü isə bunu görmür. Amma necə olursa piyadanı vuran kimi maşını saxlaya bilir.

Obyektivlik naminə onu da deyək ki, bu küçədə işıqlandırma zəifdər və yox dərəcəsindədir. Qəzanın bir səbəbi də budur. Lakin avtobus sürücüsü kobud qayda pozuntusu törətməsəydi və sürət həddini aşmasaydı, belə bir olay da baş verməzdi və ya daha yüngül ötüşmək olardı.

Qeyd edək ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və qəza törədən sürücü barəsində müvafiq tədbir görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600