Avtobus sürücüsü bıçaqlandı

media-hightechnic-468x90

publika.az1409649469загруженноеAbşeron rayonunda avtobus sürücüsü ilə sərnişin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Abşeron Rayon Polis Şöbəsindən  verilən məlumata görə, Novxanı qəsəbə sakini 32 yaşlı Mehdi Yusifov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

O, istintaqa ifadəsində bildirib ki, hadisə Elçinin idarə etdiyi sərnişin avtobusunda konduktor işləyən Anara görə baş verib. Belə ki, Mehdi Yusifovun Anarla zarafatlaşması sürücü Elçini əsəbiləşdirib:

“Anar mənim yerlimdir. Həmin avtobusda konduktor işləyir. Onunla zarafat edəndə sürücü mənə irad bildirdi ki, o, dildən qusurludur, zarafat eləmə. Mən də dedim ki, ələ salmaq mənasında zarafat eləmirəm. Anar mənim yerlimdir və biz tanışıq. Necə zarafat edirik, özümüz bilərik”.

Onlar bu şəkildə mübahisə etdikdən sonra Elçin Mehdi Yusifova bir neçə yumruq vurub. Qarşı tərəf də üzərində olan cib bıçağı ilə Elçini vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs barəsində isə cinayət işi başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600