Avtobus yük maşını ilə toqquşdu-Fotolar

media-hightechnic-468x90

71487Bakıda dəhşətli avtobus qəzası baş verib.

Qəza Zığ şossesindən şəhərə gələn istiqamətdə baş verib. Hadisə şahidlərinin milli.az-a verilən məlumata görə, qəzanın səbəbi avtobus sürcüsünün sürəti aşması olub.

Belə ki, şəhər istiqamətində hərəkət edən avtobus içi dolu sərnişinlə yolun kənarında duran “Qazel” markalı avtobusa “girib”. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan üçü qadın, biri isə kişidir.

Xəsarətlər ağır olduğundan sərnişinləri təcili tibbi yardım gözləmədən taksilərə mindirib xəstəxanalara yollayıblar.

***

Zığ şossesindən şəhərə gələn istiqamətdə qəzaya uğrayan sərnişin avtobusunun nömrəsi məlum olub. Qəzaya uğrayan “Əhmədli” metrostansiyasından Zığ qəsəbəsi istiqamətinə hərəkət edən 132 saylı avtobusdur.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, həmin avtobusun sürücüsü sürətlə hərəkədə olarkən idarəetməni itirib.

Sürücü avtobusu saxlaya bilməyib və avtobus qarşıdakı “Qazel” markalı yük maşınına çırpılıb. Xoşbəxtlikdən qəza zamanı insan ölümü qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600