Avtomobil ağaca çırpıldı

media-hightechnic-468x90

hj8Tərtər rayonunda “Qazel” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:47-də başa çatıb(aznews).

media-ziraat-728x90

Avtomobil ağaca çırpıldı

media-hightechnic-468x90

img1558711Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayon mərkəzindən Bayan kəndinə gedən yolda qeydə alınıb.

Rayonun Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Eyvaz oğlu Hüseynov idarə etdiyi “Changan” markalı 99 AF 711 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Avtomobil ağaca çırpıldı

media-hightechnic-468x90

download (5)Oğuzda baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

Ölümlə nəticələnən ağır yol qəzası bu gün səhər saat 06:40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 126-cı kilometrliyində, Oğuz rayonu Daşağıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü, Ağsu rayon sakini Umud Mahud oğlu Soltanov idarə etdiyi “Mercedes” markalı, 10 VZ 232 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra maşın aşaraq ərazidən axan Muxas çayına düşüb. Baş vermiş qəza nəticəsində sürücü Umud Soltanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin – 1977-ci il təvəllüdlü, Oğuz rayon sakini Yadigar Əsədullah oğlu Mustafayev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində yaralanan Yadigar Mustafayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600