Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.
“Evrascon” ASC-yə (keçmiş (“Azərkörpü” ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.