Avtomobil dərəyə yuvarlandı

media-hightechnic-468x90

84932Suraxanı rayonunda maşın dərəyə yuvarlanıb.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə yerində olan Zeynalov Rüfətin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 14:00-14:20 radələrində “Mercedes” markalı, 90EZ144 dövlət nömrə nişanlı avtomobil Günəşli-Qaraçuxur yolu ilə hərəkət edərkən dərəyə aşıb.

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar haqqında isə hələlik dəqiq məlumat yoxdur.

“Hal-hazırda hadisə yerinə kran gətirilib. Maşın qaldırılır. Avtomobil həmin yerdə bəzi evlərə ziyan vurub. Belə ki, avtomobilin aşdığı yerdə evlər var. Maşın evlərin hasarına çırpılıb. Həmin yolda indi də tıxac var”, – deyə Zeynalov Rüfət bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05