Avtomobil yandı
Cəlilabad rayonunda avtomobil yanıb.
Hadisə bu gün səhər saatlarında rayonun Porsava kəndində qeydə alınıb.
Cəlilabad rayon Heçara kənd sakini İmran Bəbulla oğlu Sadıqova məxsus “VAZ-21099” markalı avtomobilllə hərəkətdə olarkən, anidən avtomobilin mühərrik hissəsi tüstüləyib.
Sürücü maşından düşdükdən sonra avtomobilin alışdığını görüb. Hadisə yerinə çağırılmış Cəlilabad Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürüblər.
Lakin avtomobil tamamilə yanaraq yararsız hala düşüb.