!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Sərt karantin rejimi tətbiq olunan ərazilərdə nəqliyyat vasitələrini texniki baxışdan keçirməyən sürücülər sərt karantin dönəmində inzibati məsuliyyət daşımır və buna görə məsuliyyətə cəlb olunmayacaqlar”.

Bunu Yenicag.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev onu da qeyd edib ki, bu qaydalar bütün sürücülərə şamil olunmayacaq:

“Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan ərazilərdə məlum məsələdir ki, insanlara yalnız zəruri məqsədlər üçün icazə verilir. Yaxınlıqda yaşayan insanlar istəsələr, gücləndirilmiş iş rejimində çalışan əlaqədar qurumlara müraciət edərək, 15 dəqiqəlik bu proseduru keçə bilər. Lakin keçməsələr də buna görə məsuliyətə cəlb olunmur. Çünki aprel ayından karantin rejimi dönəmində xüsusi texniki vasitəylə bunun aşkarlanması prosesi dayandırılıb.

O yerdə ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayıb, insanlar SMS icazəsi olmadan hərəkət edir və həmin sürücülər nəqliyyat vasitələrindən istifadə edir, o zaman onlar mütləq avtomobillərini texniki baxışdan keçirməlidir. Əgər onlar nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün sərtləşdirilmiş karantin ərazisi sayılan bölgəyə getməlidirsə, o zaman məsuliyət daşımır. Çünki, həmin ərazilərə onsuz da giriş-çıxış qadağandır”.

Cəvahir

COP29

www.yenicag.az

2776
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv