!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AXC 100: Mirasa sahiblənmək

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Günün gözəl xəbərlərindən birini eşitdik. Sevindik. Gözlədiyimiz xəbər idi. Prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etdi. Səbəbsiz deyil. Çünki bu il qoca Şərqin o möhtəşəm və ilk demokratiyası olan dövlətin tam yüz ili tamam olur.

Yüz il öncə Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycanın o dönəm üçün nadir sayıla biləcək və az rastlanacaq işıqlı insanları bir araya gələrək yoxdan bir var elədilər – Azərbaycan Xalq Cümhuriyyətini qurdular. Düz iki il sonra – 1920-ci ilin 28 aprelində qanlı bolşeviklər o Cümhuriyyəti devirib adını da yasaqladılar. Amma aradan yetmiş il keçdikdən sonra belə Azərbaycan xalqı nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara ötürərək Cümhuriyyəti yaşatdı və sonunda dövlətimiz yenidən müstəqil oldu.

1991-ci ildə Azərbaycan Respublikası Sovet imperiyasından rəsmən ayrıldı. Ayrılmaqla da qalmadı, bu imperiyanın məhv edib tarixdən silmək istədiyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi. Məhz varisi!

Beləcə aradan keçən illər ərzində Azərbaycan Respublikası bütün anlamlarda varisliyə sadiq qaldı. Azərbaycan Xalq Cümhuriyyətini quranların xatirəsi daim xatirələrdə yaşadı. M.Ə.Rəsulzadə başda olmaqla o dövlətin qurucuları hər zaman sayğı gördü, görməyə də davam edir. 2013-cü ilin 22 noyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün tapşırıqlar verdi. Təbii ki, Cümhuriyyətin digər qurucularına da eyni münasibət bəslənməkdədir.

Haşiyə: “Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir.”
Prezident İlham Əliyevin media təmsilçilərilə 24 noyabr 2013-cü il tarixli görüşündəki çıxışından

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən keçən 27 il ərzində yüz il öncəki Cümhuriyyətin bütün atributları bərpa edildi. Bu gün dünyada sayılan, seçilən, haqqında daim müzakirələr gedən bir dövlətdir Azərbaycan. Dünyanın bəlkə də ən məşhur dövlətlərindən birinə çevrilib Vətənimiz. Niyə, nə üçün? Necə oldu ki, bunlar mümkün oldu?

Bütün bunlar ona görə baş verdi ki, o böyük kişilərin bir zamanlar qurduğu, bizə miras qoyduğu Cümhuriyyətə layiqincə varislik edən dövlət başçımız – İlham Əliyev var. Bəli, məhz cənab Prezidentin varisliyə sədaqəti, mirasa qayğıkeş münasibəti bunu deməyə əsas verir. Bir zamanlar qurulmuş Cümhuriyyət onun sayəsində bu günlərə – bu yerlərə gəlib çıxa bildi.

El deyimi var: fərasətli oğul ata mirasını birə min eylər, sahiblənər; fərasətsiz oğulsa mini bir də deyil, yox eylər. Bu gün Azərbaycan Respublikası fərasətli oğul qismindədir. Yüz il öncə əcdadımızın qurduğu Cümhuriyyəti birə min etməyi bacarır Azərbaycan Respublikası. Və əlbəttə ki, cənab Prezident İlham Əliyevin doğru strateji düşüncəsi, uzaqgörən siyasəti və şəxsi qətiyyəti sayəsində! Prezident İlham Əliyev sözün bütün anlamlarında mirasa nəinki sahiblənməyi, onu min etməyi bacaran liderdir.

Yüzilliyə həsr edilmiş ilk yazımızı belə bir ovqatda yazmaq necə də xoşdur, deyilmi?

www.yenicag.az

1631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv