AXCP üzvləri Sərdar Cəlaloğlunun çıxışını yarımçıq kəsiblər

media-hightechnic-468x90

sssssüAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub.

media-banner_tkm

Tədbirdə çıxış edən S. Cəlaloğlu bildirib ki, Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamaq düzgün deyil: “Məsələn, dövlət dilinin Azərbaycan dili elan olunması 1956-cı ildə İmam Mustafayevin adı ilə bağlıdır”.

Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. Onlar “Rəsulzadə-Elçibəy” şüarı səsləndiriblər. S. Cəlaloğlu isə narazılığını bildirərək, izah etməyə çalışıb ki, Azərbaycanın dövlətçilik tarixinin də Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlanması doğru deyil: “Çünki bizim dövlətçilik tariximiz Xiyabanidən başlayır”.

AXCP üzvləri isə yenidən etiraz etdikdə, S. Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05