Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya rəhbərliyi CEM Vəqfinə baş çəkdi - FOTO

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə yaşayan ələvilərin mərkəzi İstanbulda yerləşən CEM (Cumhuriyetçi Eğitim ve Kültür Merkezi) Vəqfinə baş çəkib.

Yenicag.az xəbər verir ki, Vəqfin Başqan vəkili Zəki Çətin qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, 1995-ci ildə qurulan vəqfin 62 şöbəsi var, Türkiyə ilə bərabər, Avropa ölkələrində də fəaliyyət göstərir.

Zəki Çətin islamın ərəb (əməvi) yox, türk milliyyətçiliyi üzərindən təbliğinin, tanıdılmasının vacibliyinə diqqət çəkib, vəqfin fəaliyyətinin bu istiqamətdə qurulduğunu vurğulayıb.

AY Partiya Başqanı söhbət zamanı Azərbaycanda müsəlmanların əksəriyyətinin şiə məzhəbinə mənsub olduğunu diqqətə çatdırıb, bu baxımdan İranın ölkəmizdə daha çox təsir imkanlarının olmasından narahatlığını dilə gətirib. AY Partiya Başqanı son vaxtlar digər təriqətlərin də yayılmasına cəhdlərin olduğunu bildirib.

O, vəqfin Azərbaycanla indiyədək əlaqələr qurmamasına görə təəssüf etdiyini deyərək, bu istiqamətdə fəaliyyətə başlamasını təklif edib.

Görüşün sonunda Anar Əsədli Başqan vəkilinə Azərbaycan bayrağı və “Xarı bülbül” nişanı təqdim edib.

Görüş Aşura gününə təsadüf edib. Ələvilər dini inanclarına görə, məhərrəm ayının 12 gününü oruc tuturlar. CEM Vəqfinin rəhbərliyi qonaqları qurumda təşkil olunan iftar süfrəsinə dəvət edib.

Məclisə başçılıq edən “Dədə” AY Partiya rəhbərliyini salamlayaraq, dualara başlayıb. Türkcə edilən dualarda Kərbəla şəhidləri ehtiramla yad edilib.

Daha sonra vəqflə ətraflı tanış olan nümayəndə heyəti kitabxanaya baş çəkib. Zəki Çətin bildirib ki, burada 15 min kitab var, istəyən hər kəs gəlib bu kitabları ödənişsiz şəkildə oxuya bilər.

AY Partiya nümayəndə heyəti vəqflə ətraflı tanış olduqdan sonra görüş başa çatıb.

Görüşdə Anar Əsədlini AY Partiya Başqanının I müavini Bəhrəm İsmayılov və müavini Gülşən Hacıyeva müşayiət ediblər.

www.yenicag.az

170
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100