!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiyadan Saakaşvilinin azad edilməsi ilə bağlı çağırış

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyası Gürcüstan hökumətinə sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması ilə bağlı çağırış edib.

Partiyanın yaydığı çağırışda deyilir:

“Qonşu Gürcüstan Respublikasının demokratik yolla seçilən və 8 il prezidenti olan Mixeil Saakaşvili 7 illik fasilədən sonra qayıtdığı vətənində qondarma cinayət işi üzrə həbs edilb. Belə münasibəti heç bir halda haqq etməyən, əksinə demokratiyanı gürcü xalqının həyat tərzinə çevirən, çökmüş iqisadiyyata beynəlxalq əlaqəli dirçəliş verən, hüquq-mühafizə orqanlarını və ordunu Avropa standartları səviyyəsinə çatdıran sabiq dövlət başçısı kimi Saakaşvili ehtiramla qarşılanmalı idi. Ancaq Saakaşvili Rusiya imperiyasına diş göstərdiyinə görə bu olaylar yaşandı.

Başladılan qondarma cinayət işinə və həbsxanada ona göstərilən qeyri-insani münasibətə etiraz əlaməti olaraq sabiq prezident aclıq aksiyası keçirir. Səhhəti isə gündən-günə pisləşir. Gürcüstan parlamentinin 6 üzvü keçmiş prezidentə dəstək olaraq aclıq aksiyasına qoşulub. Bu ölkədə yaşayan yarım milyona yaxın soydaşımız Saakaşviliyə dəstəyini keçirilən mitinqdə nümayiş etdirdi. Lakin dayanmadan demokratiyadan və insan haqlarından danışan Qərb ölkələri susma mövqeyindədir.

Azərbaycanın siyasi palitrasında demokratiya və insan haqları uğrunda mübarizə aparan partiya olaraq Azərbaycan Yüksəliş Partiyası da çox ciddi narahatlıq keçirir. Gürcüstanda yaşayan soydaşlarımızın taleyinə, baş verən arzuolunmaz hadisələrə siyasi partiya olaraq biganə qala bilmərik. Dost gürcü xalqının və bütövlükdə Qafqaz xalqlarının kumirinə çevrilən Saakaşvilinin dərhal azad olunmasını, siyasi baxışlarına görə onun təqib olunmasının dayandırılmasını istərdik.

Xüsusilə qeyd edək ki, qlobal siyasətdə özünəməxsus yeri olan, ölkəsinə demokratiya ilə yanaşı, şəffaf və ədalətli idarəetmə, müstəqil məhkəmə sistemi, rüşvətsiz, korrupsiyasız məmur ənənələri gətirən Mixeil Saakaşvili səviyyəsində bir dövlət xadimini zorakı üsullarla həbs etmək, həbsxana şəraitində onun şəxsiyyətini təhqir etmək yolverilməzdir.

Demokratik prinsipləri öz fəaliyyətində həmişə rəhbər tutan Azərbaycan Yüksəliş Partiyası Gürcüstan hakimiyyətini və siyasi elitasını cənab Saakaşvilinin dərhal azad olunması üçün əməli tədbirlər görməyə dəvət edir.

İnanırıq ki, rəsmi Tbilisi üzərinə götürdüyü beynəlxalq insan hüquq və azadlığı prinsiplərini rəhbər tutaraq, Saakaşvilinin öz doğma vətəninə qayıtmaq haqqını və siyasi fəaliyyət azadlığını tanıyaraq onu azadlığa buraxacaq.

Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!

Saakaşviliyə azadlıq!”

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv