AYNA-nın "TikTok" paylaşımı etiraz doğurdu: Mahnıda narkotik təbliğ edilir - VİDEO

media-hightechnic-468x90

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son paylaşımı sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Yenicag.az xəbər verir ki, qurum “TikTok” trendinə qoşulmaq üçün britaniyalı müğənni Raye və amerikalı rep ifaçısı “070 Shake”in ifa etdiyi “Escapism” mahnısının “radio edit” versiyasından istifadə edib.

Lakin istifadəçilər bildiriblər ki, mahnının orijinal sözləri kifayət qədər vulqardır. Mahnının sözləri əxlaqsızlığı təşviq edir, həmçinin narkotik təbliğatı aparır. Bu, AYNA kimi rəsmi bir quruma yaraşmır.

Bəzi istifadəçilər isə daha sərt reaksiya verərək qeyd ediblər ki, AYNA reklam naminə ucuz effekt dalınca qaçmaq əvəzinə, əsas vəzifəsinə – cəmiyyətin real problemlərini gündəmə gətirməyə vaxt ayırmalı idi.

Həmin paylaşımı təqdim edirik:

Mənbə: Oxu.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa