AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirdi

media-hightechnic-468x90

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.

O bildirib ki, bu gün avtobus zolağı daha prioritetdir: “Bir çox yerlərdə parklanma yerləri yaradılıb. Xaqani bağının ətrafında, yollarda biz avtomobillərin girişini bağlayanda düşünürdülər ki, obyektlər ziyan edəcək. Amma piyadalaşma artdı deyə o obyektlərdə canlanma baş verdi. Bir çox küçələrdə parklanma yoxdur, amma o küçələrdə kifayət qədər obyekt var, amma onlar heç biri bağlanmır. Hamı deyir müştəri avtomobilini harda saxlasın? Amma biz görürük ki, piyadalaşma hesabına o obyektlər daha çox xeyir göstərir. Şərifzadə küçəsində olan obyektlərin qarşısında olan parklanma yeri faktiki olaraq oranın müştərilərinə bəs etməyəcək”./APA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600