İşğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizi mina və hərbi sursatlarla çirkləndirilib.
“Report”un xəbərinə görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat”da əksini tapıb.
Hesabatda qeyd edilib ki, azad edilmiş ərazilərdə Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.
www.yenicag.az