Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 2 dəfədən çox artıb

media-hightechnic-468x90

2024-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.1 dəfə artıb. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Belə ki, hesabat dövründə Xankəndidə 702, Laçında isə 471 yeni iş yerləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Əvvəlki illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb.

Aşağıdakı cədvəldə 2024-cü il ərzində azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib:/apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600