Azad olunan ərazilərdə daha 30 mina aşkarlandı

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa