Prezidentin Forumda işarə etdiyi erməni oliqarx kimdir? - Təfərrüat

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Beynəlxalq Ədalət Məhkəməsinin korrupsiyalaşmış keçmiş hakimi Luis Moreno Okampo və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Cozef Borrelin onunla əlaqələrindən danışıb. 

media-banner_tkm

Dövlətimizin başçısı Okampoya maliyyə dəstəyi verən erməni oliqarxa işarə edib.

Yenicag.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, sözügedən erməni oliqarxı hazırda ev dustaqlığında olan Samvel Karapetyandır.

Ötən il hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Karapetyan həbs edildikdən sonra, bəyanatla çıxış edərək ölkədə yeni müxalifətçi siyasi qüvvənin yaradıldığını bildirib.

İş adamı bu ilin yanvar ayında istintaq təcridxanasından ev dustaqlığına buraxılıb. O, ev dustaqlığında “Güclü Ermənistan” Partiyasının sədri seçilib.

Həbsdə olan iş adamının ailəsi Ermənistandan 500 milyon dollar tələb edir

Daha sonra məhkəmə Samvel Karapetyanın 7 iyunda keçiriləcək seçkilərdə iştirak edə bilməsi üçün onun Ermənistan pasportunu geri qaytarıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb. Karapetyanın “Güclü Ermənistan” partiyalar bloku 23,31% səs toplayıb.

Bu ayın əvvəlində məhkəmə Karapetyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini 2 ay uzadıb.

S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan “Tashir” qrupun qurucusudur.

Qeyd edək ki, dövlətimizin başçısı bildirib: “İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirmişdir. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir.

Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05