Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib.

media-hightechnic-468x90

13 iyul saat 10:30-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 598 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 269 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3 672-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 524 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05