Müğənni Xatun kimə söz atdı? — “Nə qədər gizlətsə də, içindəki fəsadlıq görünür”
“Nə qədər gizlətməyə çalışsa da, içindəki fəsadlıqlar, pisliklər üzünə vurub”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Afaqla Onlar” verilişində deyib.
Sənətçi insanları saxta olmaqdan çəkinməyə səsləyib:
“Sən əgər xarici görünüşünü, geyimini dəyişirsənsə, içini, ruhunu, dünyaya baxışını da dəyişməlisən və özünə, içindəki pisliklərə qalib gəlməlisən. Biz bəzənib-düzənib sosial şəbəkələrdə şəkillər, videolar paylaşırıq. Bəzən görürsən bir insan gözəl geyinib, makiyajı əladır, amma içindəki fəsadlıqlar, pisliklər üzünə vurub. Ona elə gəlir ki, o pislikləri gizlədə bilib, lakin elə deyil. O pisliklər görünür, özü də necə lazımdır. Mən özümdə birinci daxilimdən başladım ki, insanlara qarşı siyasətsiz davranım, onlarla səmimi olum. Onları sevirəmsə, doğrudan sevim, sevmirəmsə də hörmətlə yanaşım və uzaq durum”.
Nehru













