Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azay Quliyevin seçki qərargahından “bayraq hədiyyəsi” aksiyası

 

18 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin Seçki Qərargahı bu gün – 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Binəqədi rayonu ərazisindəki Zərifə Əliyeva Parkında sakinlərə bayraq hədiyyə etmə aksiyası təşkil edib.

Aksiyaya seçki qərargahının könüllüləri ilə yanaşı, deputatlığa namizəd Azay Quliyev və onun vəkilləri də qatılıb.

Əvvəlcə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edən iştirakçılar abidə önünə gül dəstələri qoyublar.

Sonra deputatlığa namizəd Azay Quliyev parkda istirahət edən sakinləri 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, onlara səmimi arzularını çatdırıb.

Aksiyada sakinlərə Azərbaycan bayrağı hədiyyə edilib.

www.yenicag.az

584