Azər Qasımlı ev dustaqlığına buraxılmadı

media-hightechnic-468x90

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib.

Vəsatət təmin edilməyib. Hazırlıq iclasının davamı iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600